Kərimova Dürdanə
1980-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakultəsinə qəbul olmuşdur.
1987-ci ildə universiteti bitirdikdən sonra təyinatla Şamaxı rayonunun Mərəzə qəsəbəsində işləmiş, daha sonra isə, 1993-cü ilə qədər Sündi kənd xəstəxanasında baş həkim vəzifəsində çalışmışdır.
1993-cü ildən 1 saylı qadın məsləhətxanasında ginekoloq işləmişdir. Həmçinin eyni zamanda paralel olaraq 1 saylı doğum şöbəsində işləmişdir.
İndiyədək İstanbul, Oksigen, İnternational və s. kimi bir neçə özəl klinikalarda çalışmışdır.
Hal-hazırda "N-Laz Ailəvi Tibb Mərkəzi"-ndə ginekoloq-konsultant vəzifəsində çalışır.














